“Şirin Su”nun kimyəvi laborator analizinin nəticəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya mərkəzinin gigiyenik sertifikatı, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin standartlarına tam cavab verən “Şirin Su”, zəif qələvi mühitə malik, minerallaşmış kimyəvi tərkibinə görə hidrokfrbonatlı, xloridli, kalsiumlu, maqneziumlu təbii minetal süfrə suyudur.

Suyun tərkibi

Elektroliz cihazınnın test nəticələri

Elektrolizdən sonra suyun rəngi Maddələr Bədənə təsiri
Çəhrayı Dəmir oksid Ürək bulanması, ishal
Yaşıl Mis, azot, xlor birləşmələri Böyrək və sinir sistemi, Kanserogen maddələr
Göy Aluminium sulfatı Sinir sistemləri üçün təhlükəli
Fosfor-orqanika, Maqnezium birləşmələri, Kalsium birləşmələri Qara ciyər və böyrək, Ürək bulanması, ishal,
Yoluxucu viruslar kanserogen
Qara Ağır metallar Orqanizimdə yığılır
Narıncı Minerallar Orqanizmə vacib olanlar

“Şirin Su”nun kimyəvi tərkibi

Kationlar Qramlar Mq/ekv. Ekv.%
Ammonium 0.0002 0.01 0.23
Kalium/Natrium 0.0271 1.18 28.09
Maqnezium 0.122 1.00 23.80
Kalsium 0.0400 2.00 47.60
Dəmir 2-oksid 0.0002 0.007 0.16
Dəmir 3-oksid 0.0001 0.005 0.12
Kationların cəmi 0.0798 4.20 100.00
Aniomlar Qramlar Mq/ekv. Ekv.%
Xlor 0.0591 1.67 39.78
Sulfat 0.0250 0.52 12.48
Hidrokarbonat 0.1220 2.00 47.60
Nitrit 0.00007 0.001 0.02
Nitrat 0.0002 0.005 0.12
Amionların cəmi 0.2065 4.20 100.00
Ümumi minerallaşma və ionların cəmi 0.2863  –  –

“Şirin Su”nun üstünlükləri:

  • Heç vaxt ərp bağlamır;
  • 3 müxtəlif filtirdən-qum, aktivləşdirilmiş kömür və yumşaldıcı  filtirlərdən keçirilir;
  • Əks Osmos sistemi vasitəsi ilə təmizlənir;
  • Ağır metallardan və zərərli maddələrdən təmizlənir;
  • Ozonlaşdırılır;
  • Lazımlı minerallarla zənginləşdirilir;
  • Ultrabənövşəyi şüa vasitəsi ilə bakteriyalardan təmizlənir;
  • İnsan əli dəymədən qablaşdırılır;
  • Sağlamlıq haqqında arayışa malikdir;
  • Müvafiq sertifikatlar mövcüddur;
  • Qaynadılmadan içilə bilər.

Polikarbonat

“Şirin Su” – öz müştərilərinin sağlamlığına çox böyük məsuliyyət ilə yanaşır. “Şirin Su”-yun əsas üstünlüklərindən biri ondan ibarətdir ki, “Şirin Su” içməli su qablaşmasında geniş istifadə edilən, amma insan orqqanizmi üçün təhlükəli olan, polietilentereftalat (PET) adlı qablaşdırılmadan imtina edib. Əvəzində məhsulumuzu qablaşdırmaq üçün “Polikarbonat” qablarından istifadə edirik. Bunun üçün bizdə 5 əsas səbəb var:

1. Polikarbonat – davamlı materialdır. Tərkibinə görə şüşəyə çox yaxındır, lakin şüşədən 200 dəfə daha çox davamlıdır. Buna əsasən “Polikarbonat” qabları dəfələrlə istifadə edilə bilər.

2. “Polikarbonat”-ın termik stabilliyi 150C ibarətdir. Məsələn, PET qabları 40C qədər temperatura dözümlüdür, amma sanitar tələblərə görə, istehsalda qablar 60C-dən aşağı olmayan təmizləmə həllində yuyulmalıdır. Ona görə “Polikarbonat”, qabların yüksək səviyyədə sanitar təmizlənməsi üçün imkan yaradır.

3. Polikarbonat, polietilentereftalat-dan (PET) fərqli olaraq, hətta yüksək temperaturda, tərkibi ayrılaraq suya QARIŞMIR və insan orqanizminə təhlükəli olan kimyəvi maddələr yaratmır.

4. Polikarbonat qablar, suyu 12 ay müddətində saxlamaq və suyun ilkin dadı, qoxusu, faydalı tərkibi dəyişməmək şərti ilə öz zəmanətini verir.

5. Polikarbonat dünyada ən təhlükəsiz, plastik material hesab edilir.

Təmizlənmə və qablarşdırılma

“Şirin Su”-yun mənbəyi, Sulutəpə qəsəbəsində yerləşən məşhur Şollar suyudur. Satışdan öncə, su qabaqcadan üç müxtəlif filtirdən – qum filtiri, yumşaldıcı filtir və aktivləşmiş kömür filtirlərindən keçirilərək, əks osmos sisteminə ötürülür. Öz növbəsində, əks osmos sisteminin yüksək təmizləmə qabiliyyətinə malik membranları suyu, bütün zərərli maddələrdən və ağır metallardan tam azad edir. Sonradan həmin su ozonlaşdırılaraq dolomid vasitəsilə lazımi minerallarla tam zənginləşdirilir, bakteriya əleyhinə ultrabənövşəyi şüadan keçirilərək qablaşdırılır. Realizə etdiyimiz “Şirin Su” məhsulu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya mərkəzinin gigiyenik sertifikatı, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya  və Patent üzrə Dövlət Agentliyinin uyğunluq sertifikatına malikdir.