ŞirinSu

1. “Pompa Hədiyyə” Kampaniyası
“Pompa Hədiyyə” Kampaniyası ilə ilkin sifarişdə minimum 2 bidon su əldə edildikdə, su pompası hədiyyə olaraq təqdim edilir. Cəmi 30.10 AZN ödəniş edərək 2 bidon su və hədiyyə olaraq su pompasını əldə etmiş olursunuz. Şərtlər aşağıdakı kimidir:

• İlkin olaraq 2 ədəd su sifariş edilir. 2 ədəd suyun qiyməti 7.60 AZN (1 ədəd üçün 3.8 AZN olaraq hesablanır);
• 2 bidonun depozit məbləği ödənilir. 2 bidonun depozit məbləği 22.50 AZN (1-ci bidon 12.50 AZN; 2-ci bidon 10 AZN kimi hesablanır);

Qeyd: Kampaniya yeni müştərilər üçündür.

2. “Payız” Kampaniyası
“Payız” Kampaniyası ilə su bidonunun depozit məbləğinə 12.5 AZN əvəzinə cəmi 5 AZN ödəmiş olacaqsınız. Cəmi 19 AZN ödəniş etməklə bidon üçün depozit məbləği, su və pompanın ödənişini etmiş olacaqsınız. Şərtlər aşağıdakı kimidir:

• 1 ədəd pompa və 1 ədəd su sifariş edilməlidir (suyun qiyməti: 3.8 AZN; su pompasının qiyməti: 10.20 AZN)

Qeyd: Kampaniya yeni müştərilər üçündür.

3. “2 Ədəd Su Pulsuz” Kampaniyası
“2 Ədəd Su Pulsuz” Kampaniyası ilə su bidonunun depozit məbləğini (12.5 AZN) ödəməklə ilk sifariş verilən 2 ədəd suyu pulsuz əldə edəcəksiniz. Bu kampaniya şərtləri daxilində sular tək-tək sifariş verilməlidir.

Qeyd: Kampaniya yeni müştərilər üçündür.

4. “Depozit Müqaviləsi Bağlayan Şəxslər Üçün Pulsuz Su” Kampaniyası

Uzun müddət Şirinsu-dan su sifariş etmiş müştərilər əlavə olaraq depozit müqaviləsi bağladıqları zaman əlavə su sifarişi etdiklərində, bidonun depozit məbləğini ödədikdə əlavə su üçün ilkin çatdırılma zamanı ödəniş alınmır. (Məsələn: Müştəri uzun müddətdir ki, 2 ədəd su sifariş edir. Əlavə olaraq 1 ədəd də su sifarişi etdiyi zaman, 3-cü bidonun da depozit məbləğini ödəyir (10 AZN) və 3-cü su üçün 1-ci dəfə heç bir ödəniş etmir).

Qeyd: Kampaniya cari müştərilər üçündür. Maksimum 2 bidonun depozit məbləğini ödənildikdə qüvvədədir.

Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp