ŞirinSu

Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?

23.05.2023 10:50

Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?

Su dispenserləri ilkin olaraq iş yerlərində istifadə edilərkən artıq evlərimizdə də rahatlıqla istifadə etdiyimiz səmərəli ev əşyalarıdır. Su dispenserləri ehtiyacımız olduğunda isti və soyuq suyu istədiyimizz dərəcədə anlıq olaraq əldə etməyimizi təmin edən alətlərdir. Evlərdə ümumi olaraq su bidonları istifadə edilməkdədir. Lakin su bidonlarının insan sağlamlığı üçün son dərəcə təhlükəlidir.

Evlərdə su dispenseri istifadə edilən zaman soyuducuya əlavə su qoymadan, istədiyiniz dərəcədə soyuq su əldə edə bilərsiniz. Bunun sayəsində insan sağlamlığına zərərli olan plastik su qablarının önünə keçmiş ola bilərsiniz. Bununla yanaşı, soyuducunuzda su qablarının yer tutmasının qarşısını ala və bu sayədə soyudunuzdə geniş yer əldə etmiş ola bilərsiniz. Təbii ki, su dispenseri ilə sadəcə soyuq su deyil, eyni zamanda istənilən anda isti su əldə edə bilərsiniz. Əldə olunan bu isti su vasitəsilə çay və ya kofe hazırlaya, keetle və ya çaydan istifadə etməkdən qurtula bilərsiniz. Bu da müəyyən dərəcədə elektrik və ya qaz istifadəsinin önünü alaraq, həm də sizi maddi olaraq da önə salmış olacaq.

Su dispenserləri istifadə məqsədinə görə model və ölçü baxımından müəyyən fərqliliklərə malikdir. Su dispenseri alarkən tanınan və güvənilir bir şirkərdən almağınız sağlalığınız və büdcəniz baxımından xüsusilə önəm daşımaqdadır. Bununla birlikdə, müəyyən periodlar ərzində texniki baxımı edilməyən su dispenserləri sağlamlıq üçün təhlükə yaratmaq və müxtəlif xəstəliklərin ortaya çıxmasında təsirli rol oynamaqdadır. Ev və ya iş yerlərindəki istifadə olunan su dispenserlərinin 1-3 ay müddətində mütləq texniki baxımı həyata keçirilməlidir.

Daimi olaraq texniki baxımları həyata keçirilən su dispenserləri daha uzun müddərli istifadə imkanı verməklə yanaşı, həm də lazımsız məsrəflərdən qurtulmağınızı təmin etməkdədir. Bu səbəblə alacağınız markanın servis xidmətləri şərtlərini mütləq öyrənməyiniz lazımdır. Geniş servis xidmətinə sahib, peşəkar personalı ilə servis xidməti göstərən bir markanın məhsulunu istifadə etdiyiniz zaman, ortaya çıxacaq problemlər sürətli və asan bir şəkildə həll ediləcəkdir.

Su Dispenserinin Üstünlükləri

Təbii ki, su dispenseri həm evdə, həm də iş yerlərində həyatımızı son dərəcə asanlaşdıran cihazlar arasında yer almaqdadır. Belə ki, bu cihazlar havaların isti olduğu mövsümlərdə soyuq su, havaların soyuq olduğu mövsümlərdə isə isti su əldə etmək üçün istifadə olunan ideal aparatlardır. Bu səbəbdən müasir dizaynlı su dispenserləri 4 mövsümdə də istifadə olunmaqdadır. Su dispenserinin özünün daxilində xüsusi süzmə aparatı olması, insanl sağlamlığı baxımından faydalıdır.

Plastik məhsullardan istifadə olunan su qablarının içində insan sağlamlığı üçün təhlükəli olan BPA maddəsi mövcuddur. Belə ki, bu maddənin olduğu qablarda suyun uzun müddətli saxlanılması, bu zərərli maddənin müəyyən müddət sonra suya qarışmasına və insan sağlamlığına mənfi təsirlər göstərməkdədir. Bu qabların təmizlik şərtləri də çox önəmlidir.

Yetəri qədər təmizlənməyən su qabları bakteriya, kif və yosun əmələ gəlməsinə səbəb ola bilər. Bu zərərli maddələr hepatit A, hepatit B, sarılıq və ishal kimi xəstəliklərə səbəb olmaqdadır. Bu səbəbdən təmizliyindən tam əmin olunmayan su qablarının istifadə olunması tövsiyə olunmur. Məhz bu səbəbdən yüksək texnologiyalı filtrləmə sisteminə sahib su dispenserlərinin istifadə olunması sağlamlıq baxımından daha faydalıdır.

Su dispenserindən təzə və sağlam su istehlak etmək üçün, dispenseri daimi olaraq təmizlikləmək faydalıdır. İstifadə sahəsindən asılı olaraq 1-3 ay kimi müddətlərdə dispenser təzmizliyi etmək lazımdır. Evlərdə istifadə olunan dispenseri maksimum üç ayda bir, ofislərdə istifadə olunan dispenserləri isə ayda bir dəfə təmizləmək yetərlidir.

Dispenser təmizliyi üçün ehtiyat hissələr bəzi marketlərdə mövcuddur. Bu məhsullarla birlikdə sirkə və su ilə hazırlanan qarışımla da təmizliyi həyata keçirmək mümkündür. Su dispenserinin daha peşəkar şəkildə təmizlənməsini istəyirsinizsə, texniki servisimizdən faydalana bilərsiniz.

Texniki servisimiz dispenseri ozon qazı və xüsusi isti su buxarı ilə həyata keçirməkdədir. Ozon qazının güclü dezinfeksiyaedici olduğunu xüsusilə vurğulamaq lazımdır. Dispenseri uzun müddət istifadə edə bilmək və hər zaman təzə su istehlak edə bilmək üçün təmizliyini ayda bir dəfə özünüz, üç ayda bir dəfə isə texniki servisimizdən yararlanaq həyata keçirə bilərsiniz.

Şirinsu olaraq sizlərin su ehtiyaclarınızı qarşılamağa yetəcək qədər bir neçə su dispenseri təklif etməkdəyik. Ehtiyacınıza uyğun olan su dispenseri seçmək və ətraflı məlumat almaq üçün bu linkə keçid edə bilərsiniz: https://shirinsu.az/products/

Məqalələr:

İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
Ofislərə və Şirkətlərə Su Sifarişi
Ofislərə və Şirkətlərə Su Sifarişi
Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp