ŞirinSu

FAQ

Suallarınız var?

Biz cavablandırmaqa hazırıq
Şirinsu sularının mənbəyi haradır?

Sularımızın mənbəyi Sulutəpə qəsəbəsində yerləşən “Şollar” suyudur. Azərsu xətti ilə istehsalat sahəsinə çəkilən su müasir avtomatlaşdırılmış avadanlıqlarla 7 müxtəlif filtrdən keçir, insan orqanizminə faydalı olan minerallarla zənginləşdirilir və əl dəyilmədən qablaşdırılır.

Su sifarişini necə etmək olar?

Müştəri rahatlığını təmin etmək məqsədilə bir çox sifariş üsulları mövcuddur:

1. *5020 – Qısa nömrəsinə zəng etməklə
2. (012) 595 50 20 – Şəhər nömrəsinə zəng etməklə
3. (055) 999 50 20 – Whatsapp nömrəsinə mesaj yazmaqla
4. (070) 479 50 20 – Whatsapp nömrəsinə mesaj yazmaqla (avtomatik bot)
5. https://shirinsu.az – Saytı üzrə onlayn şəkildə (Şəxsi kabinet ilə)
6. https://shirinsu.az – Saytı üzrə “Express sifariş” ilə
7. Facebook və Instagram sosial şəbəkələrində mesaj yazmaqla

Sifariş və çatdırılma şərtləri nələrdir?

1. Fiziki şəxslər üçün:
• 15:00-a qədər qəbul olunan sifarişlər həmin gün 21:00-a qədər çatdırılır.
• 15:00-dan sonra qəbul olunan sifarişlər növbəti günün 1-ci yarısı çatdırılır.

2. Hüquqi şəxslər üçün:
• 13:00-a qədər qəbul olunan sifarişlər həmin gün 18:00-a qədər çatdırılır.
• 13:00-dan sonra qəbul olunan sifarişlər növbəti gün 18:00-a qədər çatdırılır.

19 litrlik su neçəyədir?

19 litrlik bidonda olan suyun qiyməti cəmi 4.40 AZN-dir.

Depozit nədir və necə hesablanır?

Müştəri 19 litrlik polikarbonat bidonu özündə saxladığı müddət ərzində 12.5 AZN məbləğində depozit məbləği ödəyir. Bu su qabları şüşə keyfiyyətinə yaxın olduğu üçün saxlanılan su uzun müddət saflığını və mineral tərkibini saxlayır.

Müştəri Şirinsu’dan su sifarişini ləğv etdiyi halda bidonu təhvil verərək, depozit olaraq saxlanılan 12.5 AZN-i geri ala bilər.

2 və daha çox bidon olduğu zaman depozit məbləği 10 AZN olaraq hesablanır.

Hansı kampaniyalar mövcuddur?

1. “Pompa Hədiyyə” Kampaniyası
“Pompa Hədiyyə” Kampaniyası ilə ilkin sifarişdə minimum 2 bidon su əldə edildikdə, su pompası hədiyyə olaraq təqdim edilir. Cəmi 30.10 AZN ödəniş edərək 2 bidon su və hədiyyə olaraq su pompasını əldə etmiş olursunuz. Şərtlər aşağıdakı kimidir:

• İlkin olaraq 2 ədəd su sifariş edilir. 2 ədəd suyun qiyməti 7.60 AZN (1 ədəd üçün 3.8 AZN olaraq hesablanır);
• 2 bidonun depozit məbləği ödənilir. 2 bidonun depozit məbləği 22.50 AZN (1-ci bidon 12.50 AZN; 2-ci bidon 10 AZN kimi hesablanır);

Qeyd: Kampaniya yeni müştərilər üçündür.

2. “Payız” Kampaniyası
“Payız” Kampaniyası ilə su bidonunun depozit məbləğinə 12.5 AZN əvəzinə cəmi 5 AZN ödəmiş olacaqsınız. Cəmi 19 AZN ödəniş etməklə bidon üçün depozit məbləği, su və pompanın ödənişini etmiş olacaqsınız. Şərtlər aşağıdakı kimidir:

• 1 ədəd pompa və 1 ədəd su sifariş edilməlidir (suyun qiyməti: 3.8 AZN; su pompasının qiyməti: 10.20 AZN)

Qeyd: Kampaniya yeni müştərilər üçündür.

3. “2 Ədəd Su Pulsuz” Kampaniyası
“2 Ədəd Su Pulsuz” Kampaniyası ilə su bidonunun depozit məbləğini (12.5 AZN) ödəməklə ilk sifariş verilən 2 ədəd suyu pulsuz əldə edəcəksiniz. Bu kampaniya şərtləri daxilində sular tək-tək sifariş verilməlidir.

Qeyd: Kampaniya yeni müştərilər üçündür.

4. “Depozit Müqaviləsi Bağlayan Şəxslər Üçün Pulsuz Su” Kampaniyası

Uzun müddət Şirinsu-dan su sifariş etmiş müştərilər əlavə olaraq depozit müqaviləsi bağladıqları zaman əlavə su sifarişi etdiklərində, bidonun depozit məbləğini ödədikdə əlavə su üçün ilkin çatdırılma zamanı ödəniş alınmır. (Məsələn: Müştəri uzun müddətdir ki, 2 ədəd su sifariş edir. Əlavə olaraq 1 ədəd də su sifarişi etdiyi zaman, 3-cü bidonun da depozit məbləğini ödəyir (10 AZN) və 3-cü su üçün 1-ci dəfə heç bir ödəniş etmir).

Qeyd: Kampaniya cari müştərilər üçündür. Maksimum 2 bidonun depozit məbləğini ödənildikdə qüvvədədir.

Bizimlə əlaqə
Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp