ŞirinSu

Evlərə Su Sifarişi

17.05.2023 15:04

Evlərə Su Sifarişi

Son illərdə ölkəmizdə və bütün dünyada evlərə su sifarişi olduqca geniş vüsət hal almağa başladı. Təbii ki, bunun səbəbi texnologiyanın inkişafı ilə internet və mobil cihazların geniş istifadə olunmasıdır. Evlərə su sifarişi edilməsi insanlar üçün çox rahat və asan gəldiyindən bu fəaliyyət zamanla digər insanlara keçməkdədir.

Təməl ehtiyaclarımızlarn biri olan su olduqca böyük əhəmiyyətə malikdir. Bir insan ac olaraq həftələrlə yaşaya bilər, ancaq susuz cəmi üç gün yaşaya bilər. Bu, mütəxəssislər tərəfindən ortaya çıxarılmış bir nəticədir. İnsan bədəninin 60%-i su olduğu üçün təməl ehtiyacı su olaraq adlandıra bilərik. Evlərə sifariş verilən suların keyfiyyətli olması və müəyyən proseslərdən keçilərək təmizlənmiş halda insanlara çatdırılması onların sağlamlığına daha yaxşı təsir göstərir.

Evlərə Su Sifarişi Hansı Sıxlıqla Olmalıdır?

İçilən suyun dəyəri hər bir insan üçün çox önəmlidir. Ona görə də insanlar içdikləri sulara mütləq şəkildə diqqət etməlidirlər. Hər zaman evlərə su sifarişi edərkən sadəcə onun dəyərinə yox, həm qabının təmiz olması, həm hansı şəraitdə çatdırılması, həm də çatdırılma vaxtına əhəmiyyət vermək lazımdır. Evlərə su sifarişi verərkən hökmən müəyyən nüanslara nəzər yetirmək lazımdır:

  • 1 insanın günlük su ehtiyacı 8-10 stəkandır. Bu da  1500-2000 ml su deməkdir.
  • Evdə yaşayan şəxslərin sayına əsasən 1 gündə nə qədər suyun lazım olduğunu hesablanmalıdır.
  • İçmək üçün istifadə olunan sudan əlavə günlük olaraq məişətdə sudan başqa məqsədlər üçün istifadə olunduğu nəzərə alınmalıdır: yemək, çay və s.

Təbii ki, yetəri qədər su ehtiyacı qarşılanmadıqda insanlarda sağlamlıqla bağlı müəyyən problemlər ortaya çıxa bilər: ağızda quruluq, qızdırma, əzələ gücsüzlüyü, baş ağrısı, baş dönməsi, qısa və uzun müddətli yaddaşda zəiflik, yorğunluq, göz yaşında azalma, əsəbilik və s. Buna görə də insanlar mütləq şəkildə daimi olaraq günlük su ehtiyacını tam qarşılamalıdırlar.

Evlərə Su Sifarişinin Üstünlükləri

Rahatlıq : Evlərə su sifarişi etmənin bir neçə üstünlüyü mövcuddur. Təbii ki, burada ilkin olaraq rahatlıq məsələsi önə çıxır. Oturduğunuz yerdən, komfortunuzu pozmadan, evdən çölə çıxmadan rahatlıqla su sifariş edə bilərsiniz.

Seçim Şansı : İkinci olaraq seçim şansı məsələsi çox önəmlidir. Belə ki, evdən istədiyiniz suyu araşdıraraq, sifariş etmə şansına maliksiniz. İstədiyiniz ölçüdə, istədiyiniz zaman, istədiyiniz suyu seçərək sifariş etmək böyük üstünlük deməkdir. “Məhsullarımız” bölümünə keçid edərək seçiminizi edə bilərsiniz.

Vaxta Qənaət : Evdə başqa işlərlə məşğul olmaqdan vaxtınız yoxdursa, o zaman bu məhz sizin üçündür. Həm ev işlərinizlə, həm şəxsi işlərinizlə məşğul olmaqla yanaşı həm da eyni anda evinizə su sifarişi edərək vaxtınıza qənaət etmiş olacaqsınız.

Xərcləri Optimizasiya Etmək : Hər bir evdə evin xərcləri mövzusu xüsusi əhəmiyyətə malikdir. Xərcləri optimizasiya etməyə gəldikdə isə, burada ay ərzində suya nə qədər maliyyə ayırdığınızı rahatlıqla hesablaya bilərsiniz.

Evlərə Su Sifarişi Zamanı Nəyə Diqqət Etməliyik?

  • Su bidonu ilə qapağın üstündə suyun markasının adı olmalıdır
  • Su bidonunun üzərindəki etiketdə suyun adı və qaynağı yazılmalıdır
  • Suyun loqosu bidonda böyük halda olmalıdır
  • Etikerlərdə suyun analiz dəyərləri verilməlidir
  • Suyun rəngi bulanıq olmamalıdır
  • Su bidonu qapağından hava və su keçməməlidir

Şirinsu-dan Evlərə Su Sifarişi Necə Edilir?

Azərbaycanın təmiz və keyfiyyətli su markası olan “Şirin su” markasından evlərə su sifarişi qaydası olduqca sadə və rahatdır. Bunun 2 üsulu var:

  1. Onlayn sifariş
  2. Digər Əlaqə Vasitələri ilə Sifariş

Bütün sifariş növləri üçün “Su Sifarişi Etmək Qaydası”na göz ata bilərsiniz. Həmçinin, “Sifarişin Çatdırılma Şərtləri” haqqında məlumat ala bilərsiniz. Mütəmadi tətbiq etdiyimiz “Kampaniyalarımız”dan sizə uyğun olanı seçə bilərsiniz.

SEO Yönümlü Bloq Yazıldı: Elvin Paşa Tərəfindən

Məqalələr:

İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
Ofislərə və Şirkətlərə Su Sifarişi
Ofislərə və Şirkətlərə Su Sifarişi
Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp