ŞirinSu

İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?

17.05.2023 16:04

İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?

Su içmək insan bədəninin ən əsas ehtiyacıdır. Bu ehtiyacın ən düzgün halda qarşılanması üçün içilən suyun keyfiyyəti xüsusi əhəmiyyət daşımaqdadır. Onlarla su markası və müxtəlif su filtrləri arasında seçim eməyinizə kömək olacaq məlumatlarla özünüz üçün ideal içməli suya daha asan qərar verə bilərsiniz.

Suyun keyfiyyəti onun kimyəvi, fiziki, biolojik və radiolojik xüsusiyyətlərini ifadə etməkdədir. Ümumiyyətlə suyun təmizlənməsi ilə əldə edilən uyğunluğun dəyərləndirilə biləcəyi bir çox standart referan alınaraq istifadə oluna bilər. Suyun keyfiyyətini dəyərləndirmək üçün istifadə olunan ən çox yayılmış standartlar ekosistemlərin sağlamlığı, insan təmasının güvənliyi və içməli su ilə əlaqəlidir.

Hər gün ən az 2 litr istehlak etməyimiz lazım olan su, həyat qaynağımızdır desək, yanılmarıq. Ancaq istehlak edilən içməli sular bir çox xəstəliyə səbəb olar. Sektorda bir çox su markasının mövcud olduğunu nəzərə alsaq, insanlar hansı marka suyu almalı olduğunu təyin etməyə çətinlik çəkə bilərlər.

İçməli Suyun Test Olunması

İçməli sular müəyyən testlərdən keçirilərək yoxlanılmaqdadır. Xüsusilə ağır metal təyini, nitrit və ya nitrat təyini, ümumi sərtlik kimi kimyəvi və bulanıqlıq, qoxu, dad kimi bəzi fiziki testlərdən keçməlidir.
Bunların xaricində önəmli olan digər testlər mikrobiolojik testlərdir. Mikrobiolojik testlər dedikdə Escherichia coli, Koliform Bakteri, Salmonella spp., Pseudomonas aeruginosa, Clostridium perfringens, Fekal Enterokokların Saymı baş mikroorqanizmlər nəzərdə tutulur.

Aldığımız suların standartlara uyğun olub olmamasının müəyyən edilməsinə gəldikdə isə, internetdən edilən araşdırma zamanı bir çox saytda sertifikatlar və bəzi digər sənədlərə rast gələ bilərsiniz. Lakin bunların bir çoxu etibarlı sənədlər deyil.

Ancaq su şirkətləri müəyyən fasilələrlə etdirməli olduğu testləri insanlarla paylaşa bilərlər. Daimi olaraq istifadə etdiyiniz suların ölçülərini və nəticələrini onların saytlarından əldə edə bilərsiniz.
Su testi laboratoriyaları, nümunə suların analiz edildiyi və daxilindəki maddələrin təyin edildiyi laboratoriyalardır. İçməli və istifadə edilməli su analizi iş çevrələrində ilkin mərhələrdə əməkdaşların sağlamlığını qorumaq məqsədi ilə həyata keçirilir. İçməli su analizi, iş sağlamlığı və güvənliyi əsasında iş yeri həkimi və iş yeri güvənliyi mütəxəssisi tərəfindən tələb edilə bilər.

Şirinsu olaraq hər zaman suyun keyfiyyəti və istifadə səviyyəsi üzərindən hidrolojik dövriyyəsi, paylanma sistemi, şəhər şəbəkəsi və yeraltı resurslarına görə analiz edilməsi üçün təkmilləşmiş texnologiyalarla su keyfiyyəti analiz texnikaları istifadə etməkdəyik. Sudakı xlor, flüor və mineralların xüsusiyyətlərinin təyin edilməsi üçün lazım olan bütün mərhələlərdən keçirərək sizlərə təqdim etdiyimiz sular hər zaman digərlərindən fərqlənməkdədir.

Suda mütləq şəkildə flüor və kalsium mineralları olmalıdır. Ancaq su olduqca həssas və insan sağlamlığına mənfi təsir göstərəcək böyük bir problemə də çevrilə bilər. Torpaq bu mərhələdə suyun yer üzünə təmas etdiyi vəziyyətdə filtir işini üstünə götürsə də çeşidli mədən duzları, kimyəvi dövriyyələr suyun keyfiyyətini aşağı sala bilər.

Ev Şəraitində Suyun Test Olunması

Evdə içdiyiniz suyun keyfiyyətini yoxlamaq istəyirsinizsə, ilk addım test nümunəsi almaqdır. İstədiyiniz test nümunəsi yoxlama aparmaq istədiyiniz suyun qaynağına bağlıdır. Belə ki, yaşadığınız bölgə üzrə içməli suyu test etmək istəyirsinizsə, xlor kimi kirlədicini daxilində tutan təməl bir nümunə sizə kömən olacaq. Quyu suyunu yoxlamaq istəyirsinizsə, daha böyük və həşərat dərmanı daxil olan bir su keyfiyyəti testinə ehtiyacınız olacaq.

Test nümunələri, münasib qiymətli və istifadəsi asan olduqları üçün suyun keyfiyyətini test etməyin ən çox yayılmış üsuludur. Təlimarlar nümunədən nümunəyə dəyişsə də, təxmini olaraq belə olur:
Bir test qabını su nümunəsi ilə dolduraraq bir test nümunəsini içinə salın, qabı çevirin və test nümunəsi su nümunəsinin daxilində ikən bir neçə dəqiqə gözləmək lazımdır. Daha sonra test nümunəsini sudan çıxararaq testdəki yaılı olan xəttlərlə rəng dəyişikliklərini testdə olan bir rəng cədvəli ilə müqayisə etmək lazımdır.

Bakteriyaları ölçmək üçün toz nümunələrinə gəldikdə isə, bu su testi nümunəsi tozun üstünə bir neçə damla su əlavə etməyinizi, bir neçə dəfə sallamağınızı və ardınca isə bir bərabərlik tapana qədər rəngləri qabla müqayisə etməyiniz təmin edir. Bu nümunələrin bakteriya kimi müəyyən kirlədici növləri üçün test xəttlərindən daha yaxşı düzgünlüyə sahib olduğu bilinməkdədir. Bu kimi nümunə axtardığınız zaman ən azından aşağıdakı qeyd olunanlar haqqında məlumat əldə edə biləcəyiniz nümunələri tapmağa çalışın: PH səviyəsi; Xlor; Nitratlar; Nitritler; Bakteriya. Keyfiyyətli su sifarişi üçün vaxt itirməyin: https://shirinsu.az/products/

Məqalələr:

İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
Ofislərə və Şirkətlərə Su Sifarişi
Ofislərə və Şirkətlərə Su Sifarişi
Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp