ŞirinSu

Ofislərə və Şirkətlərə Su Sifarişi

17.05.2023 15:48

Ofislərə və Şirkətlərə Su Sifarişi

Su, canlıların həyatını davam etdirməsi üçün lazım olan və bu səbəbdən də həyatı önəm daşıyan, dünya üzərindəki ən əsas maddələrdəndir. Fiziki olaraq analiz edildiyi zaman, qoxusuz, rəngsiz və dadsızdır. Suyun canlılar üzərindəki xüsusilə də insan həyatındakı önəmi çox böyükdür.

İnsan bədənin böyük hissəsi sudan ibarətdir. Bədənimizdəki su həyatımız boyunca dəyişiklik göstərə bilər. Dünyaya yeni göz açmış körpələrdə bədən ağırlığının 75%-i sudan ibarət ikən, bu uşaqlarda 70%, gənclərdə 60% və yaşlı insanlarda isə 50%-dir. Gənc bir insan günlük olaraq təxminən 2-3 litr suya ehtiyac duymaqdadır.

İşləyən insanların daha çoxunun 23 yaş və üstü olduğunu nəzərə alsaq, o zaman bu insanların su ehtiyacının müəyyən hissəsini çalışdıqları şirkət və ofislərdə qarşıladıqlarını təxmin edə bilərik. Bu halda şirkətlərin öz əməkdaşlarının su ehtiyacını qarşılamağı ehtiyac desək, yanılmarıq.

Ofislərə və şirkətlərə su sifarişi etmək isə, “Şirin su” vasitəsilə olduqca rahat və sadə bir prosesdir. Belə ki, bir neçə üsulla şirkət və ofislərə su sifarişi etmək mümkündür. Həmçinin, “Məhsullarımız” bölümünə keçid edərək istədiyiniz məhsulu sifariş edə bilərsiniz.

Ofislərə Su Sifarişi Hansı Sıxlıqla Olmalıdır?

Ofislərə və Şirkətlərə Su Sifarişi etmək üçün həmin ofisdə işləyən əməkdaş sayına əsasən bunu təyin etmək olar. Belə ki günlük olaraq, 1 insanın nə qədər su içməli olduğu hesablanaraq bunu həyata keçirmək mümkündür. Gündə neçə litr su içilməli olduğuna dair mütəxəssislər fərqli tövsiyələr verməkdədirlər. Ümumi olaraq bir nəticəyə gəldikdə isə, gün içində təxmini olaraq 2 litrə bərabər olan 8 stəkan su içilməsi tövsiyə olunur. Ancaq bu ölçü hər kəs üçün eyni deyil, təbii ki, yaş, cins olaraq bu dəyişə bilər.

Gün içində istehlak edilməsi lazım olan suyun miqdarı fərdi məsələdir. Belə ki, hər hansı bir fərdin şəxsi olaraq sağlamlıq vəziyyəti, nə qədər aktiv bir həyat keçirməsi, qəbul etdiyi qidalar və iqlim “günlük su ehtiyacı necə hesablanar?” sualını ortaya çıxarır.

ABŞ Milli Elm, Mühəndislik və Tibb Akademiyaları gənc qadınların gündə 2,7 litr, gənc kişilərin isə gündə 3,7 litr su istehlak etmələrini tövsiyə etməkdədir. Bu miqdarlar çay, meyvə suyu və digər qidalardan alınan suyu da əhatə edir. Ümumi olaraq istehlak edilən qidaların tərkibinin 20%-ində su olduğu qəbul edilməkdədir. Bəzi meyvə və tərəvəzlərdə su miqdarı çox ola bilər.
Nəticə olaraq, ofisdə çalışan əməkdaşların su ehtiyaclarını qarşılamaq üçün əməkdaşların sayı, onların yaşları, cinsləri nəzərə alınmalıdır.

Şirkətlərə Su Sifarişi Zamanı Nəyə Diqqət Etməliyik?

Şirkətlə su sifarişi zamanı əsas diqqətçəkən məqam təmizlik və keyfiyyəti ilə yanaşı olaraq, həm də onun çatdırılma xidmətidir. Şirkətlərin su sifarişi zamanı bəzi şirkətlədə bir çox hallarda gecikmələr yaşanmaqdadır. Bu səbəbdən şirkətlər üçün çatdırılma xidməti də xüsusi əhəmiyyətə malikdir. “Şirin su” şirkəti ölkəmizdə həm təmiz və keyfiyyətli olması, həm də çatdırılma xidmətinin sürətli olması ilə digərlərindən fərqlənir. Hazırda Azərbaycanda bir çox irili-xırdalı şirkətlərlə əməkdaşlıq edən şirkətimiz istənilən sektordakı şirkətlərə də xidmət göstərməyə hazırdır.

Ofislərə Su Sifarişinin Üstünlükləri

Ofislərə su sifarişinin üstünlükləri dedikdə təbii ki, birinci olaraq suyun keyfiyyəti ağıla gəlir. “Şirin su” axtarılan keyfiyyətdə və xüsusiyyətlərdə olduğundan ofislərin bir çoxunun ilkin seçimidir. Ofislərə su sifarişi etməyin üstünlüyünə gəldikdə isə, buraya əməkdaşların daha sağlam olması ilə yanaşı, təmiz su içmələri də daxildir.

Əməkdaşların İstəyinə Uyğun Seçim Şansı

İş ortamında əməkdaşların su istəyinə uyğun su seçimi önəmlidir. Su insan həyatında əhəmiyyətli dərəcədə xüsusi bir yerə sahib olduğundan insanlar su seçimi edərkən onun təmiz və keyfiyyətli olmasına diqqət yetirirlər.

Şirinsu-dan Ofislərə və Şirkətlərə Su Sifarişi Necə Edilir?

Azərbaycanın təmiz və keyfiyyətli su markası olan “Şirin su” markasından ofislərə və şirkətlərə su sifarişi qaydası olduqca sadə və rahatdır. Bunun 2 üsulu var:

  1. Onlayn sifariş
  2. Digər Əlaqə Vasitələri ilə Sifariş

Bütün sifariş növləri üçün “Su Sifarişi Etmək Qaydası”na göz ata bilərsiniz. Həmçinin, “Sifarişin Çatdırılma Şərtləri” haqqında məlumat ala bilərsiniz.

Məqalələr:

İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
Ofislərə və Şirkətlərə Su Sifarişi
Ofislərə və Şirkətlərə Su Sifarişi
Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp