ŞirinSu

Su Diyeti ilə Arıqlamaq və Detoks Reseptləri

16.10.2022 19:10

Su Diyeti ilə Arıqlamaq və Detoks Reseptləri

Günümüzdə piylənmə artan sağlamlıq problemlərinə, bir çox xəstəliklərin yaranmasına və sosial həyatımızın məhdudlaşmasına gətirib çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Avropada hər il 1 milyondan çox insanın ölümünə səbəb olan 2-ci tip şəkərli diabetin 80 %-nin, ürək işemik xəstəliklərinin 35 %-nin və hipertoniyanın 55 %-nin səbəbi artıq çəki və piylənmədir. Belə olduğu halda, piylənmə təbii ki, günümüzün ən aktual mövzusuna çevrilmiş olur. Səhiyyə işçilərindən tutmuş, siravi vətəndaşa qədər hər kəs bu mövzu ilə bağlı fikirlərini bildirir və müzakirə edir. Bir sözlə, hər kəs hər şeyi bilir!

Lakin, mövzu sağlam qidalanmaqdan və çəki atmaqdan gedərkən nədənsə fikir bildirən hər kəs susur. Bunun da başlıca səbəbi, insanların qidalanma və yaşam haqqında bilgilərinin zəif və ya heç olmamasıdır. Budəfəki bloqumuzda da sizə faydalı olacaq məlumatlar verərək necə çəki atmaq olar? sualına cavab tapacağıq.

Təbii ki, fiziki ehtiyaclarımızı ödəmək, yaşamaq üçün yemək yeməliyik. Bilirsiniz ki, hamımızın fiziki ehtiyaclarımızdan çox kənara çıxan bir yemək vərdişi var. Həyatımızı yemək üzərində qururuq, masalarda ən gözəl söhbətlərimizi edirik və bir araya gəlmək üçün xüsusi yemək masaları təşkil edirik. Yeməyə getməzdən əvvəl nə yeyəcəyimizi saatlar öncədən düşünməyə başlayırıq. Bir sözlə, yemək bizim hər şeyimiz olub. Lakin, ehtiyacımız olandan daha artığını vücudumuza qəbul edərək sağlamlığımıza və eləcə də xarici görünüşümüzə mənfi təəssürat yaratdığımızın fərqində deyilik.

Təkcə xarici ölkələrdə deyil, ölkə ərazisində də bir çoxumuz hazır qidalar qəbul edir, “fast food”suz özümüzü təsəvvür edə bilmirik. Hərəkətsiz həyat tərzi də bu prossesin duzu bibəri olur… Nəticədə piylənməyə meyilli və qeyri sağlam bir vücuda sahib oluruq.

Daha sonra isə arıqlamağın fərqli-fərqli yollarını axtarır, özümüzü psixoloji olaraq yetərsiz hiss edirik. Arıqlamaq prosessi özü də günümüzdə bir problemə çevrilib. İnsanlar qeyri sağlam yollarlarına baş vurur. Kimi günlərlə, həftələrlə ac qalır, kimi də sadəcə su ilə günü başa vurur.

Son dövrlər insanların dilindən düşməyən bir diyeta növü də var. Su ilə arıqlamaq mümkündürmü? Su diyetası həqiqətən sağlam bir üsuldurmu? Bəs görəsən su diyeti adlanan bu diyet növü barəsində ətraflı şəkildə məlumat mövcuddur?

Su Diyeti Nədir?

Məlumdur ki, sağlam bədənə sahib olmaq üçün gün ərzində 2,5-3 litr civarında maye qəbul edilməlidir. Lakin su, bir ehtiyacdan daha artığıdır. İnsan orqanizminə bir çox faydası olan su ilə arıqlamaq belə mümkündür.

Su diyeti gün ərzində bol su və maye içkilərdən başqa heç bir qida qəbul etməməyə əsaslanır. Aparılan müşahidələr onu göstərmişdir ki, vücud suyun temperaturunu bədən istiliyinə uyğunlaşdırmaq üçün əlavə kalori sərf edir. Bu da özlüyündə, çəki atmaq müddətini sürətləndirir.

Su diyeti ilə biz, kifayət qədər su qəbul etmiş oluruq. Beləliklə,  böyrəklər daha çox işləyir və vücudda toksinlərin bədəndən atılması prosesi sürətlənir. (təbii ki, normadan artıq olmamaq şərti ilə)

Su Diyetini Necə Etməliyik?

Orqanizmdə detoks effekti yaradan və kalorilərin yanmasını sürətləndirən su diyeti gündə ən az 2 litr su və ya maye qəbulu ilə tətbiq edilir. Toxluq hissi verən su ilə yanaşı, təzyiqi aşağı salmamaq və lazımi qidaları qəbul etmək üçün qəbul edilən digər mayelərə də diqqət yetirilməlidir. Sağlamlıq mütəxəssisləri yalnız su qəbul edərək diyetə riayət etməyin son dərəcə zərərli olduğu barədə xəbərdarlıq edərək, maye tərkibli və qida dəyəri yüksək olan qidaları yeməklərə əlavə etməyi tövsiyə edirlər. Yəni, maye dəyəri çox olan meyvə və tərəvəzlərdən də istifadə etmək lazımdır. Məsələn, xiyar, qarpız, pomidor, alma və s.

Su Detoksu Reseptləri

Su detoksu deyərkən adından da göründüyü kimi ağıla ilk sadəcə su qəbul etmək gəlir. Lakin, bu tam olaraq belə deyil. Əksinə, sadəcə su qəbul edərək metabolizminizə ziyan vermiş olarsınız. Su detoksu edərkən enerjinizi və sağlamlığınızı təmin edəcək qidalara (meyvə və tərəvəzlərə) üstünlük verməyinizdə fayda var. Bununla yanaşı, ananas, nanə, limon, alma, şaftalı, qarpız, pomidor, darçın və s. kimi qida məhsullarını detoks müddətinizin ayrılmaz parçası edin.

Onu da qeyd edək ki, su detoksu edərkən ilk növbədə həkimizlə məsləhətləşməyiniz sağlamlığınız üçün daha məqsədəuyğun olacaqdır.

Qarın Nahiyəsi üçün Su Detoksu

Düz bir qarın demək olar ki, hər kəsin sahib olmaq istədiyi bir şeydir. Qarın bölgəsində yaranan piylənmə və artıq yağlar, görünüşünüzə mənfi təsir etməkdən savayı, ürək xəstəliyi, insulin müqaviməti, 2-cı tip diabet və xərçəng riskinin artmasına da səbəb olur. Lakin, diyetoloqların dediklərinə əsasən, ən asan arıqlayan vücud nahiyəmiz də qarın nahiyəsidir. Bəs su detoksu ilə qarın nahiyəsini arıqlatmaq mümkündürmü? Cavab isə bəlidir. Çünki qarın nahiyəsi üçün ən ideal arıqlama metodu bol su içməkdən ibarətdir. Diqqət yetirmək lazımdır ki, sadəcə su detoksu edərək yüksək nəticə gözləyə bilməzsiniz. Əlavə olaraq da hərəkətli bir yaşam tərzi keçirməyiniz, dümdüz bir qarına sahib olmağınızı daha çox asanlaşdıracaqdır.

Metabolizma Sürətləndirən Su Detoksu

Əvvəlki bloqlarımızda da qeyd etdiyimiz kimi, su metobalizmi sürətləndirən əsas amildir. Metabolizmin sürətliliyi sizin daha sağlam, daha gümrah və daha cavan olmağınızı təmin edir. Yavaş fəaliyyət göstərən metabolizmdə qan dövranı da zəif olur üstəlik, həzm sistemi də qeyri aktiv olduğundan qida parçalanması zəifləyir. Bununla belə, vücud özünü yeniləyə bilmir və zərərli toksinlər, yağlar vücudda yığılaraq qalır. Bu halların qarşısını almaq üçün isə ideal vasitə su detoksudur. Su detoksu etmək bədəni toksinlərdən azad edərək sizi daha sağlam və sürətli metabolizmə sahib bir vücudla təmin edir.

Ümid edirik ki, bu bloqumuz da sizin üçün faydalı oldu. Sizə sağlamlıq və dirilik rəmzi sayılan su kimi yaşam arzulayırıq!

Məqalələr:

İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
Ofislərə və Şirkətlərə Su Sifarişi
Ofislərə və Şirkətlərə Su Sifarişi
Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp