ŞirinSu

Gün Ərzində Nə Qədər Su İçməliyik?

16.10.2022 19:09

Gün Ərzində Nə Qədər Su İçməliyik

Su insan həyatı üçün oksigendən sonra ikinci ən vacib ehtiyacdır.

Bir ehtiyacdan ziyadə sağlam metobalizmimiz üçün də su çox vacibdir. Suda orqanizm üçün vacib olan natrium, kalium, kalsium, maqnezium və fosfat kimi minerallar mövcuddur.

Hər kəsə məlumdur ki, su içmək nəfəs almaq qədər önəmlidir. Hərçənd ki, əvvəlki bloqumuzda su içməyin faydalarını ətraflı şəkildə sizə bildirmişdik. Buna baxmayaraq, su içməyin faydalarını say-say bitməz. Ən az 2 litr su içmək xarici görünüşümüzə müsbət təsir etməkdən əlavə, daxili orqanlarımızın da funksiya keyfiyyətini artırmaqdadır. Ələlxüsus da qaraciyər və böyrəklərdə zərərli maddələrin bədəndən çıxarılmasını təmin etməklə, bir növ metabolizmamızı sürətləndirərək sağlamlığımızı qoruyur. Kifayət qədər su içməzsək, toksinlər bədəndən çıxarıla bilməz, bu da orqanizmimizə mənfi təsir göstərə bilər. Mənfi təsir dedikdə isə böyrəklərdə mineralların yığılması ilə daş əmələ gəlməsini, qaraciyərdə isə toksinlərin yığılması ilə hepatit və qaraciyərin zədələnməsini nəzərdə tuturuq. Hər gün kifayət qədər su içmək bu səbəbdən çox önəmlidir.

Nə üçün su içməliyik?

Gəlin sizə bu sualının cavablarını daha açıq bir şəkildə izah edək:

  1. Su yediyiniz qidaları parçalamağa kömək edərək həzm sisteminin mükəmməl işləməsini təmin edir.
  2. Dəri hüceyrələrini bərpa edərək dərinin elastikliyini artırır. Bu da öz növbəsində dərinin daha parlaq və canlı görünməsi ilə nəticələnir. Bununla yanaşı, saçların daha yumşaq və parlaq görünməsinə şərait yaradır.
  3. Unutqanlıq və s. kimi susuzluqdan əmələ gələn daxili problemlərin qarşısını alır.
  4. Bədən istiliyini tənzimləyir.
  5. Qan dövranınızı sürətləndirir və sizə daha sağlam bir metobalizm təklif edir.
  6. Bağırsaq sağlamlığını qoruyur.
  7. Maddələr mübadiləsini daha da gücləndirir. Beləliklə, daha çox kalori yandıra bilirsiniz və kökəlməyə meyilliliyinizi azalır.
  8. Qanı qatılaşmadan qoruyur və qan dövranı zamanı laxtalanmanın qarşısını alır.
  9. Stress, gərginlik və depressiyanı aradan qaldırmağa kömək edir.
  10. Bədənin müqavimətini və immun sistemini gücləndirir.

Normadan artıq içilən suyun zərəri varmı?

Suyun faydalarından geniş bir şəkildə bəhs etdik. Bəs doğurdan da artıq içiləndə su da dərd verir? Bu qədər faydası olan mineral bir maddənin həqiqətənmi zərərləri var? Gəlin,  illərdir düşünülən və hər kəsdə maraq yaradan bu qarışıq suallara birlikdə cavab tapaq!

Fərqinə varmadan normadan artıq su içməyə nadirən rast gəlinir. Ancaq bildiyimiz kimi, hər şeyin artıqlığının zərərli olması kimi, su içməyin də artığı zərərlidir. Vücud normadan artıq su qəbul edərsə, insan su intoksikasiyası ilə qarşılaşa bilər. Su intoksikasiyası orqanizmdə olan mayelərdə elektrolitlərin balansını pozur və beyinin normal fəaliyyətinə zərər verir. Bununla yanaşı, normadan artıq içilən su aşağıdakı halları da əmələ gətirə bilər:

  • Şişkinlik və köp yaradar
  • Əllər və ayaqlar şişər
  • Mədə bulantısı əmələ gətirər
  • Qarın boşluğunda spazmlar yaranar

Əlqərəz, faydalarını saymaqla bitirə bilmədiyimiz su belə normadan artıq içildiyi zaman insan vücuduna zərərlidir.

Yetkin bir insan gün ərzində nə qədər su içməlidir?

Sağlam vücuda sahib yetkin insan müəyyən müddət aralığında 2.5 litr maye itirir ki, bunun 1.5 litri ifrazla, təxminən 1 litri nəfəs alma, tərləmə və oynaq hərəkətləri ilə olur. İtirilən mayenin təqribən 20 faizi gün ərzində qəbul etdiyimiz qidalar sayəsində bərpa olunur. Qalan 2 litr su ehtiyacını isə gün ərzində su içərək doldurmaq sağlam vücuda sahib olmağımızı təmin edəcəkdir.

Kişi bədəni və metabolizmi qadın orqanizmindən fərqlənir. Müvafiq olaraq da, kişilərin qəbul etməli olduğu su miqdarı gündə təxminən 3 litr, qadınlarda isə bu miqdar təxminən 2 litrdir. Su miqdarı sadəcə cinsə görə deyil, yaşa və kiloya görə də dəyişən bir amildir. Ümumi orta hesabla isə gün ərzində 2 litr su içmək metobalizmanızı sürətləndirərək sizi sağlam bir vücuda sahib edəcəkdir. Bunun üçün də su içməyi həyatınızın bir parçasına çevirin və vərdiş halına gətirin.

Bəs su içməyi vərdiş halına necə gətirmək olar? Gəlin, indi də bu sualın cavabını birlikdə tapaq.

Su Əvəzinə Çay, Kofe, Meyvə Suyu İçmək Olar?

Ümumiyyətlə, gün ərzində çay və qəhvə qəbulunun miqdarı su sərfiyyatının miqdarını üstələyir. Xüsusilə soyuq havalarda üstünlük verilən isti içkilər su içməyi tamamilə unutdurur. Ancaq heç bir içki suyu əvəz etməməlidir. Çünki suyun tərkibi safdır və kalorisi yoxdur. Bununla belə, qazlı içkilər və meyvə şirələri turşu və kalori ehtiva edir ki, bu da bədən yağının artmasına, mədənin həzminin çətinləşməsinə səbəb olur və hər şeydən əvvəl turşuluğu azaltmaq üçün daha çox bədən suyu istifadə olunur. Bu da bədənin su sərfiyyatını çoxaldaraq, susuzluğa və müxtəlif problemlərə gətirib çıxarır. Bu səbəbdən də çay və qəhvə içərkən mütləq şəkildə 1-2 stəkan su içməyi unutmayın. Əslində türk mədəniyyətində də bu ehtiyac mövcuddur. Belə ki, içilən bir fincan qəhvənin yanında daima bir stəkan su da təklif edilir.

Həyat keyfiyyətini artırmaq və sağlamlığını qorumaq istəyən hər kəs su içməyi unutmasın!

Məqalələr:

İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
Ofislərə və Şirkətlərə Su Sifarişi
Ofislərə və Şirkətlərə Su Sifarişi
Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp